Sumqayıtın təmizliyindən danışacaqlar
Sabah Sumqayıt şəhərində ekoloji tərbiyə məqsədilə “Torpaq və Su modulu” adlı seminar keçiriləcək.
Sumqayıt şəhər İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, seminar Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində Alman dili Mərkəzində baş tutacaq. Sumqayıtın Almaniyadan partnyor şəhəri Lüdviqshafenin ekologiya idarəsinin ekspertlərinin iştirakı ilə keçiriləcək seminarda şəhərin orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri üçün su və torpaqdan hazırlanmış yeni ekoloji sınaqların təqdimatı olacaq.
İcra hakimiyyətində bildirirlər ki, artıq Sumqayıtda olan alman mütəxəssislər dünəndən müvafiq görüşlərə başlayıb. Görüşlərdən biri şəhər İcra hakimiyyətində baş tutub və burada ekoloji tərbiyə sahəsində həyata keçiriləcək layihələr barədə şəhər rəhbərliyinə məlumat verilib.
30 ildən artıqdır qardaşlaşmış şəhər əlaqəsinə malik olan Sumqayıt şəhəri ilə Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak edir. Ötən müddətdə layihəyə əsasən alman mütəxəssislərin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilib.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28