Avtomobil dayanacaqları harada olmalıdır?
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi avtomobil dayanacaqları ilə bağlı Əsasnamə layihəsi hazırlayıb.
İctimai Birlikdən Lent.az-a verilən məlumata görə, layihə hazırda sonuncu mərhələdə ekspertlərin müzakirəsindədir. Yaxın vaxtlarda isə Əsasnamənin layihəsi müvafiq dövlət və icra orqanlarına təqdim ediləcək. Sənədin hazırlanmasında əsas məqsəd bələdiyyə sisteminin qarşılaşdığı problemləri təhlil etməklə onu ictimai müzakirəyə çıxarmaq və qanunvericilik əsasında bu sahədəki mövcud durumu yaxşılaşdırmaqdır.
Təşkilat həmçinin problemin həlli ilə bağlı rəy də hazırlayıb. Rəydə qeyd rəydə avtomobil dayanacaqları ilə bağlı qanunvericilik bazası ekspertiza edilib, mövcud problemin aradan qaldırılması yolları göstərilib.
Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin orta aylıq büdcə gəliri 2010-cu ildə 35 faiz azalaraq orta hesabla 500 manata düşüb. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin hazırladığı rəydə göstərilir ki, 2006-cı illə Bakı bələdiyyələri avtomobil dayanacaqlarından 315 min 400 manat vəsait topladığı halda, bu rəqəm 2009-cu ildə 44 min 700 manat olub. Sənəddə üç il ərzində bu istiqamətdən daxil olan ödənişlərin həcminin azalmasının əsas səbəbi kimi mərkəzi və yerli icra strukturlarının bu sahəyə maraq göstərməsi ilə əlaqələndirilir.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28