“Bakı meqapolis deyil, metropolis olmalıdır” - MÜSAHİBƏ
“Böyük Bakının Regional İnkişaf Planı” Layihəsini İdarəetmə Qrupunun
rəhbəri, arxitektor Novruz Eldarlının Lent.az-a müsahibəsi.
- Kifayət qədər geniş ərazini əhatə edən “Böyük Bakının Regional İnkişaf Planı”nın işlənib hazırlanması, eyni zamanda bura Bakı ilə bərabər Sumqayıt və Xırdalanın da daxil edilməsi nə ilə əlaqədardır? Çünki məlumdur ki, indiyə qədər qəbul edilmiş baş planlar yalnız paytaxtın inkişafını əhatə edib.
- Bu gün Bakı 100-200 il deyil, 30-50 il əvvəlkindən də tamamilə fərqlidir.
Kommunikasiyanın, yol şəbəkəsinin inkişafı, sürətlərin artması böyük əraziyə vahid orqanizm qismində baxmağa imkan verir. Məsələn, bu gün Ələt qəsəbəsi Bakının inzibati ərazisinə daxildir, baxmayaraq ki, mərkəzdən 65 km uzaqda yerləşir. Bakı özü şəhər kimi 19-cu əsrin ortalarında formalaşmağa başlayıb, 1864-cü ilə kimi faktiki İçəri Şəhər çərçivəsində mövcud olub. Neft tapılması və emalına başlanılması ilə Bakı sürətlə inkişaf etməyə və böyüməyə başlayıb və ilk dəfə 1900-cü ildə şəhəri planlaşdırmaq zərurəti ortaya çıxıb. İlk baş plan hazırlanıb və qəbul edilib. Həmin vaxtdan 4 baş plan hazırlanıb, sonuncusu 1987-ci ildə qəbul edilib. Hazırda sözün əsl mənasında Bakı dedikdə sahəsi 23 min hektar olan amfiteatr ərazisi başa düşülür. İnzibati Bakıya ümumi sahəsi 213 min hektar olan 11 inzibati rayon daxildir, Böyük Bakı isə əlavə olaraq, Sumqayıt və Xırdalan ərazilərini, 260 min hektarı əhatə edir. Belə böyük ərazi üçün detallı baş plan hazırlamaq mümkün deyil, bu, lazım da deyil. İnkişaf çox sürətlə gedir, bazar konyunkturası (vəziyyət) dəyişir. “Böyük Bakının Regional İnkişaf Planı” regionun əsas strateji inkişaf konsepsiyasını müəyyənləşdirəcək.
- Bakı növbəti 10 illikdən sonra necə olacaq? Böyük, geniş və sıx? İnkişaf dedikdə məhz bu nəzərdə tutulur?
- Tezliklə əksinə olacaq. Bu gün Böyük Bakı ərazisi Azərbaycanın ümumi ərazisinin 4 faizini təşkil edir. Burada 3-3,5 milyon nəfər, yəni ölkə əhalisinin 32-37 faizi yaşayır. Ümumdaxili məhsulun (YDM) 85 faizini Böyük Bakı verir. Bu uyğunsuzluq konsepsiyanın istiqamətini müəyyənləşdirib, desentralizasiya əsas istiqamət götürülüb. Biz bir neçə inkişaf mərkəzi olan metropolis yolu ilə getmək istəyirik. Bakı meqapolis deyil, metropolis olmalıdır. Bakının mərkəzi bilavasitə 1000 hektar ərazini əhatə edir. Bu torpaq parçasında şəhərin əsas mərkəzləri – inzibati, tibbi, ticarət, universitet, tarix və mədəniyyət mərkəzləri cəmləşib. Konsepsiyamız belədir ki, Böyük Bakı üzrə bu mərkəzlər paylansın, mümkün olanları isə ölkənin regionlarında yerləşsin. Konsepsiyada paytaxtın şimal sahil zonaları istirahət və kurort zonası, Qaradağ rayonu ərazisində Ələt limanı istiqamətində ağır sənayenin yerləşəcəyi “çirkli zona” yerləşir. Hal-hazırda lokal desentralizasiya gedir, şəhərin mərkəzi hissəsində yerləşən dövlət strukturlarının binaları şəhərin daxilindən köçürülüb, yaxud köçürülür. Bu, düzgün yoldur və prosesi davam etdirmək lazımdır.
- Bəs siz ali məktəblərin paytaxtda cəmləşməsinə necə baxırsınız?
- Azərbaycanda 51 ali məktəbdən 41-i Bakıda, bunların da 35-i az əvvəl qeyd etdiyimiz 1000 hektarlıq ərazidə yerləşir. Bu gün Azərbaycan Dövlət Neft Akademiyası kimi ali məktəblərlə bağlı problem daha aktualdır. Belə ali məktəbin normal fəaliyyət göstərməsi üçün 70 hektardan çox ərazi lazımdır. Şəhərin ərazisində bu qədər boş ərazi tapmaq çətindir. Nəyə görəsə çoxlarını ali məktəbləri şəhər mərkəzindən uzaqda yerləşdirmək ideyası narahat edir. Bütün dünyada kampus praktikası mövcuddur, ali məktəblərin yanında yataqxana, idman şəhərciyi və digər vacib obyektlər yerləşir və hər gün yol ölçmək lazım gəlmir. Analoji problem Dövlət İqtisad Universiteti ilə bağlı da var. Bu universitet mahiyyətcə, ali məktəb yeri olmayan şəhərin tarixi mərkəzində yerləşir.
- Bakının mərkəzindən uzaqdakı torpaqlarda tikinti işləri necə aparılacaq?
- Şəhərin əsas mərkəzi hissəsindən kənardakı torpaqlarda şəxsi tikililərə üstünlük verilməsi yolu ilə də getmək olar. Tikinti şirkətlərinin inşa edib satdığı evlər heç də həmişə iqtisadi baxımdan məqsədəuyğun deyil. Bu halda həmin torpaqlarda tikinti prosesinin qayda və nizamla aparılmasına yerli icra hakimiyyəti məsuliyyət daşımalıdır. Yerli icra hakimiyyətləri tikinti üçün torpaq ayırmazdan əvvəl ərazinin baş planının hazırlanmasını sifariş verməli və bu planları mərkəzi hakimiyyət orqanlarında təsdiqlətməlidir.
Daha sonra yerli icra hakimiyyət orqanları təsdiqlənmiş baş plan çərçivəsində tikinti prosesinə nəzarəti həyata keçirməlidir. Bu mexanizm bu ilin sentyabrında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş yeni Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb. Təəssüf ki, son 20 ildə Abşeron ərazisində tikinti işləri xaotik aparılıb, çoxlu sayda plansız, mütəşəkkil olmayan qəsəbə yaranıb. Bu qəsəbələrdə sistemli kommunikasiya, sosial təyinatlı obyektlər, normal yol-küçə şəbəkəsi də yoxdur.
- Böyük Bakının inkişafı böyük dərəcədə sərnişin nəqliyyatı sistemindən asılıdır. İnsanlar işdən evə gəlmək çətinliyindən can qurtarmaq üçün iş yerlərinin yaxınlığında ev tapmağa üstünlük verirlər.
- Bu məsələ də Böyük Bakının inkişaf konsepsiyasında öz əksini tapıb. Bu gün ictimai nəqliyyat qismində yalnız avtobuslar işləyir, metropoliten yalnız şəhərin mərkəzi hissəsini əhatə edir. Metropoliten stansiyaları tikintisinin tempini artırmaq vacibdir, hazırda bu, reallaşmaqdadır. Eyni zamanda müasir sürətli nəqliyyatın digər növlərindən, məsələn, metrobus, sürətli tramvaydan istifadə etmək lazımdır. Bütün bunlar paytaxtdan uzaq sahələrin effektiv inkişafına imkan verəcək. Hazırda şəhərdaxili məkanda vəziyyətin yaxşılaşdırılması, yol tikintisi sahəsində böyük işlər görülür. Bu işlər kompleks şəkildə görülməlidir. Yol tikintisi, kommunikasiyaların salınması, ev tikintisi, yeni sənaye mərkəzlərinin təşkili və qalan digər məsələlər koordinasiyalı, əlaqələndirilmiş vahid plan üzrə həyata keçirilməlidir. Biz öz tərəfimizdən qısa müddətdə bu sənəd üzərində işi başa çatdırmağa çalışırıq. Bəzi problemlər, tutaq ki, avtomobil nəqliyyatında yolların yüklənməsi şəhərsalma ilə yox, daha çox təşkilatçılıqla bağlıdır. Azərbaycan bu problemlə son 10 ildə qarşılaşır və buna tamamilə hazır olmayıb. Düşünürəm ki, əvvəllər bu problemlərlə üzləşmiş Avropa dövlətlərinin təcrübəsini tətbiq edərək bu problemi həll etmək olacaq. Əsasən şəhərin tarixi mərkəzlərinə avtomobillərin daxil olmasını məhdudlaşdırmaq, işlək yollarda avtomobillərin saxlanmasının qadağan edilməsi çıxış yoludur. Hazırda yeraltı avtomobil dayanacaqları tikilir, bu, yaxşıdır. Amma düşünürəm ki, yalnız yeraltı avtomobil dayanacaqları bu problemi həll etməyəcək, inzibati tədbirlər
zəruridir.
Nizam RZA

2772