(R) DəmirBank-da əhalinin əmanətləri 30,5 faiz artıb
DəmirBank-ın aktivləri 1 noyabr 2012-ci il tarixinə 390,1 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 27,5 mln. manat və ya 7,6% çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 32 mln. manat və ya 12.6% artaraq 286,6 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 noyabr 2012-ci il tarixinə 162,5 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 noyabr 2012-ci il tarixinə 125,5 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 30,5% və ya 29,4 mln. manat çoxdur.
Bankın nizamnamə kapitalı 1 noyabr 2012-ci il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 56,2 mln. manat olub.
Ölkənin ilk və aparıcı banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

803