Komitə sədri ikili mühasibatlıqdan şikayətləndi
Bu gün Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün büdcə layihəsi müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, sənəd barədə məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Milli Məclis hər il olduğu kimi bu ildə ölkəmizin ali maliyyə sənədlərində Sosial Müdafiə Fondunun büdcəsinə xüsusi diqqət yetirir və onun əhalinin 1 milyon 300 minə qədər hissəsinin sosial müdafiəsində olan yerini və rolunu yüksək qiymətləndirir.
Bir neçə gün öncə Dövlət Sosial Müdafiə Fondunun 20 illiyinin qeyd olunduğunu söyləyən Hadi Rəcəbli bildirib ki, yaradılmış işlək hüquqi baza, cəsarətli və ağıllı icra mexanizmləri pensiya-sığorta sisteminin təkmilləşməsini, müasir tələblər baxımından formalaşmasını təmin edib. Bu həm də qanunverici orqanla icra strukturlarının birgə əməkdaşlığının uğuru kimi qiymətləndirilə bilər. Nəticədə insanların aldıqları təzminatların həcmi artıb, sistem vahid strukturla idarə olunub, sənədləşmə və hesablama prosedurları elektron mərkəzləşməyə yönəlib və sadələşib: “Fondun bu il üçün 2 milyard 632 milyon 695 min manatlıq büdcəsini 2006-cı ilin rəqəmləri ilə tutuşdurduqda artımın beş dəfədən çox olduğu bizi sevindirdi. Hər il olduğu kimi bu ildə bu məbləğin əksəriyyətinin yəni 97,6%-nin bilavasitə insanların pensiya təminatına yönəldiləcəyi aydın oldu. Ödəmələrin təsnifatına diqqət yetirdikdə bunlardan 64,5%-nın yaşa, 27% əlilliyə 135,2 min nəfərinin isə ailə başçısını itirməyə görə pensiya alacağı göründü. Son illər bu sıralanmada yaşa görə pensiyaya çıxanların artım tendensiyası özünü bariz şəkildə göstərir. Son bir neçə ayda əmək münasibətlərinin rəsmiləşməsi, sosial sığortaya cəlb olunmanın təmin edilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Əmək müfəttişliyi tərəfindən böyük işlər görülüb və nəticədə sosial sığorta ödənişlərinə cəlb olunanların sayı 300 minə qədər artıb. Bütün bunlarla yanaşı təhlil və icra rəqəmləri göstərir ki, bu sahədə boşluqlar və görüləsi işlər hələ olduqca çoxdur”.
Komitə sədri bu problemlərlə bağlı statistik rəqəmləri də açıqlayıb: “Ölkədə 5 milyon 913 min əmək qabiliyyətli əhali var. Bunların məşğul hissəsi, işləyəni 4. milyon 400 min nəfərdir, muzdla çalışanların sayı 1 milyon 421 min 500 nəfər, ölkə üzrə işsizlik faizi isə təxminən 6% daxilindədir. Aydınlıq üçün çox sadə bir, vizual uyğunsuzluğu diqqətinizə cəlb etmək istəyirəm. Bəzən 1 milyon manatdan çox iş həcmi olan özəl müəssisə və təşkilatlarda əmək haqqı fondu 1%-dən belə aşağıdır. Bu bir daha onu göstərir ki, hələ də, müqaviləsiz və ikili mühasibatlıq vasitəsilə işləyən müəssisələrin sayı heç də istədiyimiz qədər azalmayıb. Düşünürəm ki, dünya təcrübəsinə uyğun olaraq istehsalat və xidmət sahələri üzrə iş həcminin müəyyən faizini əmək haqqı fondu kimi müəyyənləşdirən normativ hüquqi sənədlərin qəbul olunmasına böyük ehtiyac vardır. Belə dəqiq uçot aparılarsa, fondun yığım əmsalının xeyli yüksəlməsinə və nəticədə pensiya ödəmələrinin artmasına nail olarıq”.
Hadi Rəcəbli qeyd edib ki, prezident İlham Əliyevin rəhbərlik və idarəetmə özəlliklərindən biri və başlıcalarından biri də hər bir işdə səbəbi müəyyənləşdirmək, onu aradan qaldırmaq və beləliklə nəticədə ola biləsi nöqsan və çatışmazlıqların qarşısını almaq, hadisələri qabaqlamaqdır: “Bu baxımdan hökumətin fəaliyyətində insanların sağlamlığının bərpası daim prioritet olaraq gündəmdə qalır. Buna bariz nümunə olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanator-kurort xidmətləri ilə əhatə olunması məqsədilə 9 aprel 2012-ci il tarixli prezident fərmanıdır. Məhz sığorta olunanların sağlamlığının bərpası ilə bağlı qaldırılan bu məsələ hər il fondun büdcəsinin müzakirəsi zamanı komitənin keçirdiyi yığıncaqlarda ciddi şəkildə səslənir və insafən demək lazımdır ki, nəticədə, təkliflər əsasən özünün müsbət həllini tapır. Əgər biz sırf bu məqsədlər üçün ayrılan vəsaitlərin artım tempinə nəzər salsaq görərik ki, 2008-2013 illər arasında bu məbləğ iki dəfədən xeyli çox artıb və bu il 13.846 minə çatıb. Amma büdcə tərkibində rəqəmləri faizlə müqayisə etdikdə bu göstərici hətta 2009, 2010-cu illərdəkindən də aşağıdır. Uşaqların yay tətilinin təşkilində də hələ görəsi işlərimiz olduqca çoxdur. Məncə bu məqsədlər üçün az vəsaitini ayrılması, əksinə bizə sonralar qat-qat artıq mənəvi, maddi, həm də maliyyə cəhətdən ziyan vura bilər”.
Komitə sədri bildirib ki, Fondun büdcəsi əslində bugünkü reallıqları özündə əks etdirən ölçülü-biçili sənədlərdən biridir: “Hesab edirəm ki, məndən sonra çıxış edəcək Səlim Müslümovun təqdimatında həmişə olduğu kimi yenə də rəqəmlər komporativ və əyani təhlil şəklində ortaya qoyulacaq, bir sıra məsələlərə aydınlıq gətiriləcək və bu gün qaldırdığımız bəzi məsələlər sonrakı düzəlişlərdə öz əksini tapacaq”.
Ramiz

1764