(R) Unibankın aktivləri yarım milyard manat oldu
Unibankın tarixində ilk dəfə Bankın aktivləri 500 mln. AZN-ə çatdı. Unibankda saxlanılan depozitlərin həcmi 276 milyon manatı ötüb. Bankın iqtisadiyyatın müxtəlif sahələri üzrə kredit portfelinin həcmi 376 mln. AZN-dək artıb.
20 ildir ki, müştərilərin xidmətində dayanan Unibank, 90 xidmət məntəqəsi vasitəsi ilə xidmət edir. Bu gün bankın Bakı və Abşeronun əksər ərazilərini əhatə edən və bir sıra bölgələrdə mövcud olan 26 filialı ölkə vətəndaşlarına müxtəlif bank xidmətlərini göstərir. Bankın filiallarından kənar 58 xidmət məntəqəsi isə məişət və kompüter texnikası, mobil telefon, mebel və digər məhsulların kreditləşdirilməsini həyata keçirir. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Unidirect xidmətinin məqsədi müştərilərə banka gəlmədən, xidmət təklif etməkdir. Belə ki, müştəri iş yerini və ya yaşayış yerini tərk etmədən istehlak krediti üçün müraciət edərək, krediti öz ünvanında əldə edir.
Son texnoloji yenilikləri tətbiq etməklə, müştərilərinə göstərdiyi xidməti günü- gündən yaxşılaşdıran Unibank, 60-dan çox ATM-lə yalnız özünün deyil, digər bankların müştərilərinə də xidmət göstərir. Etibarlı tərəfdaş olan Unibank, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən uzunmüddətli reytinqini “B” yə qədər yüksəldib, reytinq üzrə proqnozunu isə “sabit” kimi təsdiqləyib.
Unibank-hər kəsin bankı!

1189