Goran-Mingəçevir mənzilində 8 km yolun təmirinə başlanıldı – FOTO
Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, 18-22 oktyabr tarixlərində növbəti yol qoyuluşu həyata keçiriləcək və Goran-Mingəçevir mənzilində daha 8 km yol əsaslı təmir olunacaq.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov bildirib ki, səhər saatlarında Goran-Mingəçevir mənzilində söküntü işlərinə başlanılıb. Artıq 500 metr köhnə yol sökülüb.

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22