DəmirBank-da əhalinin əmanətləri 31,5 faiz artıb
DəmirBank-ın aktivləri 1 oktyabr 2012-ci il tarixinə 371,9 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 24,9 mln. manat və ya 7,2% çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 34,7 mln. manat və ya 14% artaraq 284,9 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2012-ci il tarixinə 147,7 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 oktyabr 2012-ci il tarixinə 124,6 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 25,9% və ya 25,7 mln. manat çoxdur.
Bankın nizamnamə kapitalı 1 oktyabr 2012-ci il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 55,6 mln. manat olub.
Ölkənin ilk və aparıcı banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39