Ağstafa-Poylu mənzilində əsaslı təmir başladı – FOTO
«Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib.
Bu günə kimi 113 km yol əsaslı təmir olunub. 11-13 sentyabr tarixlərində növbəti yol qoyuluşu həyata keçiriləcək və 3737 metr yol əsaslı təmir olunacaq. İki gün ərzində Ağstafa-Poylu mənzilinin 74-75-ci km-də 1862 metr, Soyuq-Bulaq-Böyük Kəsik mənzilinin 48-47-ci km-də 1875 metr yolun təmir edilməsi nəzərdə tutulur. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov bildirib ki, Ağstafa-Poylu mənzilində səhər saatlarında söküntü işlərinə başlanılıb.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16