Nazirlik “AccessBank”-a maliyyə sanksiyası tətbiq etdi
İİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Xidmətinin apardığı monitorinq zamanı “AccessBank-da kredit al... Avropa çempionatına vəsiqə qazan! Heç kim uduzmayacaq!” məzmunlu reklamın yayımlandığı müəyyən edilib.
İlkin araşdırma zamanı qeyd olunan reklamın mətnində həqiqətə uyğun olmayan, qeyri-dəqiq və istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən məlumatların olması əlamətləri aşkar edildiyindən “AccessBank” QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində işə baxılması zamanı “AccessBank” QSC-nin sifarişi əsasında yayımlanan “AccessBank-da kredit al... Avropa çempionatına vəsiqə qazan! Heç kim uduzmayacaq!” məzmunlu reklamın qeyri-dəqiq və bilərəkdən yalan reklam olduğu müəyyən edilib. Belə ki, qeyd olunan reklamda istehlakçıya “AccessBank”dan kredit alacağı təqdirdə Avropa çempionatına vəsiqə əldə edəcəyi bildirildiyi halda, faktiki olaraq kampaniya çərçivəsində bankdan kredit almış müştərilərin yalnız 12 nəfərinin Avropa çempionatına vəsiqə (bilet) qazandığı müəyyən edilib. Bununla əlaqədar olaraq, reklam yayımı zamanı antiinhisar və reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi barədə “AccessBank” QSC-yə icrası
məcburi göstəriş verilib və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə 14,2 min manat maliyyə sanksiyası tətbiq edilib.

Oxşar yazılar

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08