“Zenit” qışda onunla  müqavilə imzalamağa   cəhd edib, amma...
05 mart 2025 19:02 (UTC +04:00)

“Zenit” qışda onunla müqavilə imzalamağa cəhd edib, amma...

"Mançester Yunayted"in və "Yuventus"un keçmiş yarımmüdafiəçisi Pol Poqba azad agent kimi "Zenit"ə keçməkdən imtina edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, klub fransalının nümayəndələri ilə əlaqə saxlayıb, maaş şərtlərini təklif edib, lakin danışıqlar davam etməyib.

2024-cü ilin fevralında Poqba 2023-cü ilin avqustunda keçirilən dopinq testində testosteronun həddən artıq yüksək olduğunu aşkar etdikdən sonra dörd il müddətinə futboldan uzaqlaşdırılıb. 2024-cü ilin oktyabrında CAS onun diskvalifikasiya müddətini 18 aya endirib. O, mart ayında meydana qayıda biləcək.

Dekabrın 1-də 31 yaşlı futbolçu "Yuventus"la müqaviləni ləğv etdikdən sonra azad agent olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar