"Yuventus"un əfsanəsi məhkəmə qarşısına  çıxacaq: Ciddi İTTİHAMLAR
20 iyul 2024 19:32 (UTC +04:00)

"Yuventus"un əfsanəsi məhkəmə qarşısına çıxacaq: Ciddi İTTİHAMLAR

Keçmiş çexiyalı futbolçu bir sıra ittihamlarla üzləşib.

Pavel Nedved "Yuventus"da iki fərqli mövqedə özünü təsdiqləyib. O, 2001-2009-cu illərdə "Qoca sinyora"nın oyunçusu, 2015-2022-ci illərdə isə vitse-prezidenti olub.

Lent.az xarici mediaqya istinadən məlumat verir ki, cexiyalının klubdakı macəraları onun istefası ilə başa çatıb. Bu, sənədlərdə köçürmə məbləğlərinin çox göstərilməsi ilə bağlı işin başlanması ilə eyni vaxta təsadüf edib.

Ötən ilin mayında "Yuventus" cərimələnib - on xal A Seriyasının turnir cədvəlindən silinib. Klub turniri 7-ci pillədə başa vurub və Avropa yarışlarında iştirak etməyib.

Bununla belə, məsələ bitməyib. Prokurorluğa kapital artımı ilə bağlı daha bir iddia daxil olub. Söhbət səhmlərin manipulyasiyasından və ya saxta hesab-fakturaların verilməsindən gedir.

Nedveddən başqa, təqsirləndirilənlər arasında məşhur keçmiş “Yuventus” fəalları da var Andrea Aqnelli və “F1 Ferrari” komandasının rəhbəri Mauritsio Arrivabenenin adı çəkilir.

Bu məsələyə ciddi yanaşılır. İttihamlar təsdiqlənərsə, bu dəfə fəalları idarəetmə funksiyalarından uzaqlaşdırılmaqla yanaşı, həbs cəzası gözləyir.

“Qoca sinyora” İtaliyanın ən uğurlu klubudur. Byankonerilər 36 çempionluq, 15 İtaliya kuboku və 9 İtaliya Superkuboku qazanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3843
avatar

Oxşar yazılar