"Yuventus" Serxio Ramosu transfer  edə bilər
04 oktyabr 2024 15:00 (UTC +04:00)

"Yuventus" Serxio Ramosu transfer edə bilər

Dizindəki zədə səbəbindən mövsümün sonuna qədər müdafiəçisi Qleyson Bremeri itirən "Yuventus" braziliyalıya əvəzləyici tapmaq niyyətindədir.

Lent.az bildirir ki, "Tuttosport"un məlumatına görə, Turin klubu "Real"ın keçmiş müdafiəçisi Serxio Ramosu transfer etməyi düşünür. 38 yaşlı veteran indi azad agent statusundadır.

Ramosun karyerasında sonuncu klubu 2024-cü ilin yayında müqaviləsinin başa çatması ilə əlaqədar tərk etdiyi "Sevilya" olub. Müdafiəçi MLS və Səudiyyə Ərəbistanı klublarından birinə mümkün keçidi ilə bağlı məlumatlar yayılsa da, lakin bu baş tutmadı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384
avatar

Oxşar yazılar