İtaliya A Seriyasında mövsümə yekun vurulub.
Lent.az xəbər verir ki, "Yuventus" səfərdə "Venesiya" ilə qarşılaşıb.
Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə xallarının sayını 70-ə çatdıran "qoca sinyora" gələn mövsüm UEFA çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
Turun digər matçında isə "Roma" "Torino"nu 2 cavabsız qolla məğlub etməyi bacarıb.