"Liverpul"un keçmiş baş məşqçisi Yurqen Klopp özünə iş tapıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 57 yaşlı mütəxəssis “Red Bull”da futbol üzrə rəhbər olub.
Klopp “Leypsiq”, “Salsburq”, “Nyu-York Red Bulls” klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq. Artıq Kloppla uzunmüddətli müqavilənin bağlandığı qeyd edilir. O, vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-dən başlayacaq və Almaniya millisinin baş məşqçisi postuna dəvət ediləcəyi təqdirdə müqaviləni pozmaq opsiyasına malik olacaq.
Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edib. Ötən mövsümün sonunda o, məşqçilik karyerasına fasilə vermək qərarına gəlib.