
"Yığmaya qayıtmaqdansa, pivə içərəm"
Dünya çempionatlarının rekordçusu fikrindən dönmür
“Latsio”nun hücumçusu Miroslav Kloze Almaniya yığmasına dönmək haqda düşünmür. Lent.az saytının məlumatına görə, 16 qolla dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olan Kloze qərarında qətidir.
DÇ-2014-dən sonra yığma karyerasını bitirən Polşa əsilli hücumçu fikrini belə izah edib: “Mən milli karyeramı bitirməyə qərar verdim və qərarımın arxasındayam. Yığmaya qayıtmaqdansa, bir şüşə pivə və ya şərab götürüb, karyeram ərzində etdiklərimi yadıma salaram. Yığmada 137 oyun keçirmişəm. Dayanmaq üçün ən ideal məqamdı. Düzdü, karyeramı hələ bitirməmişəm. Amma millidə yenidən çıxış etməyəcəyim dəqiqdi”.
Qeyd edək ki, 2001-2014-cü illər ərzində Almaniya yığmasının şərəfini qorumuş Kloze 137 oyunda 71 qola imza atıb.
Oxşar yazılar

Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33