
Vaqif Cavadov özünə klub tapdı
Azərbaycan yığmasının sabiq futbolçusu Vaqif Cavadovun karyerasını hansı klubda davam etdirəcəyinə böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu “Keşlə”yə keçəcək.
Cavadov formasını bərpa etmək üçün bir müddət öncə paytaxt təmsilçisinin məşqlərinə qatılmışdı. Lakin tərəflər maddi məsələdə razılığa gələ bilmədikləri üçün Vaqif “Keşlə”nin düşərgəsini tərk etmişdi. Ancaq onun bu komandaya keçmək söhbəti yenidən gündəmə gəlib.
Hazırda tərəflər arasında danışıqlar aparılır. Məsələnin bu ayın sonuna kimi həllini tapacağı gözlənilir. “Keşlə” Cavadovla mövsümün sonuna qədər nəzərdə tutulmuş sözləşmə imzalamaq fikrindədi.
Albaniyanın “Kukesi” klubundan ayrılan Rauf Əliyevin də “Keşlə”yə keçmək variantı var. FİFA-nın qaydalarına əsasən, mövsüm ərzində 3-cü klubun formasını geyinmək mümkün olmadığından, təcrübəli hücumçunun çıxış yolu sabiq komandasına qayıtmaqdı. “Keşlə”nin məşqçilər korpusu da Raufla müqavilə imzalanmasına razıdı.
Qeyd edək ki, qış fasiləsində Məqsəd İsayev, Kamran Ağayev və Pablo Podio ilə anlaşan “Keşlə” rəhbərliyi əvəzində Elnur Abdullayev, Samir Zərgərov, İlkin Qırtımov və Mirsahib Abbasov kimi futbolçularla yolları ayırıb.
Oxşar yazılar

“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31