“Rəvan”a yeni baş məşqçi təyin olundu - YENİLƏNİB
21 dekabr 2012 11:12 (UTC +04:00)

“Rəvan”a yeni baş məşqçi təyin olundu - YENİLƏNİB

Bakının “Rəvan” futbol klubunun baş məşqçisi Kemal Alispahiç istefaya göndərilib. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. O bildirib ki, səbəb komandanın mövsümün ilk yarısındakı zəif nəticələri və Topaz Premyer Liqasının XVIII turunda “Simurq”la oyun zamanı legioner limitinin pozulmasıdır.

 

“Simurq”un 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 68-ci dəqiqəsində “Rəvan”ın heyətində Tural Cəlilovun əvəzinə meydana Nemanya Vidakoviç çıxıb. 4 dəqiqə meydanda 8 legionerlə oynayan “Rəvan” bu səhvini 72-ci dəqiqədə Fransis Bosmanı Rüfət Cəlilovla əvəzləyəndən sonra düzəldib. Azərbaycan çempionatında çıxış edən komandalar start heyətində 7 legionerlə meydançaya çıxmalıdır. 4-ü isə yerli futbolçu olmalı, onlardan 1-nin yaşı 21-dən yuxarı olmamalıdır.

 

Şirəliyevin sözlərinə görə, bu qaydaya əməl etməmək baş məşqçi üçün çox ciddi səhvdir: “Belə hərəkət baş məşqçiyə yaraşmaz. Baş məşqçi həm nəticəyə, həm də legioner limitinə əməl etməyə cavabdehdir. Arxada qalan 18 tur ərzində göstərdiyimiz nəticə isə ürəkaçan deyil. 12 komanda arasında 16 xalla 11-ci pillə bizim hədəflərimizə uyğun deyil. Ona görə də Alispahiçlə yollarımızı ayırmağa qərar verdik”.

 

 

Artıq “Rəvan”a yeni baş məşqçi də təyin olunub. Bu, Ramil Əliyevdir. Əliyevlə 1 illik müqavilə bağlanılıb. O, yeni təyinatadək köməkçi-məşqçi kimi çalışıb.     

 

 

****

 

21.12.2012 / 10:59

 

Bakının “Rəvan” futbol klubunun baş məşqçisi Kemal Alispahiç istefaya göndərilib. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib.

 

O bildirib ki, səbəb komandanın mövsümün ilk yarısındakı zəif nəticələri və Topaz Premyer Liqasının XVIII turunda “Simurq”la oyun zamanı legioner limitinin pozulmasıdır.

 

# 1366
avatar

Oxşar yazılar

Dünyanın  ən yaxşı   20 futbol məşqçisi -  SİYAHI

Dünyanın ən yaxşı 20 futbol məşqçisi - SİYAHI

7 may 2024 , 11:58
"Mançeser Yunayted"dən antirekord

"Mançeser Yunayted"dən antirekord

7 may 2024 , 05:51
Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı -FOTO -VİDEO

Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı-FOTO-VİDEO

7 may 2024 , 02:19
"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12