Topaz Premyer Liqası: “Qarabağ”dan vacib qələbə
20 dekabr 2012 18:16 (UTC +04:00)

Topaz Premyer Liqası: “Qarabağ”dan vacib qələbə

Futbol üzrə Topa Premyer Liqasında XVIII tura start verilib. Lent.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

 

Mərkəzi görüş “Qarabağ”la “Xəzər Lənkəran” arasında keçirilib. Oyunun taleyini Vüqar Nadirovun qolu həll edib. Bu məğlubiyyətdən sonra Lənkəran təmsilçisi 24 xalla 6-cı pillədə qalıb. Xallarını 25-ə çatdıran “Qarabağ” isə 2-ci pilləyə yüksəlib. “Simurq” “Rəvan” üzərində minimal hesablı qələbə sayəsində ən azı 2 gün müddətinə vahid liderliyi ələ alıb. Hazırda Zaqatala təmsilçisinin aktivində 33 xal var. 16 xalı olan “Rəvan” isə 11-ci pillədə qalıb. “Qəbələ” Tovuzda “Turan”ın qapısından 2 cavabsız top keçirib. Bununla da 28 xala malik baş məşqçi Ramiz Məmmədovun komandası 4-cü pilləyə yüksəlib. Əvəzində “Turan” 20 xalla 9-cu pillədə qalıb. Nəhayət, “Sumqayıt” autsayder “Kəpəz”ə 2:1 hesabı ilə qalib gələrək, 20 xalla 8-ci pilləyə qalxıb. “Kəpəz” isə 9 xalla 12-ci pillədə qalıb.

 

20 dekabr (çərşənbə axşamı)

 

“Turan” (Tovuz) – “Qəbələ” – 0:2
Qollar: Rəşad Abdullayev, 76-penalti ilə. Dodo, 88

 

“Simurq” (Zaqatala) – “Rəvan” (Bakı) – 1:0
Qol: Zdravko Popoviç, 90+2

 

“Sumqayıt” – “Kəpəz” (Gəncə) – 2:1
Qollar: Sabir Allahquliyev, 89. Məhəmməd Mirzəbəyov, 90+1 – Emin İmaməliyev, 47

 

“Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran” – 1:0
Qol: Vüqar Nadirov, 74

 

22 dekabr (şənbə)

 

17:00. “Neftçi” (Bakı) – AZAL (Bakı)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov

Bakı, “8-ci km stadionu”

 

15:00. “İnter” (Bakı) – “Bakı”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Feyzulla Feyzullayev

Bakı, “Şəfa” stadionu.

 

# 644
avatar

Oxşar yazılar

"Mançeser Yunayted"dən antirekord

"Mançeser Yunayted"dən antirekord

7 may 2024 , 05:51
Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı -FOTO -VİDEO

Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı-FOTO-VİDEO

7 may 2024 , 02:19
"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12
 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44