Ronaldu Mourinyonun müdafiəsinə qalxdı
10 yanvar 2013 13:46 (UTC +04:00)

Ronaldu Mourinyonun müdafiəsinə qalxdı

İspaniya “Real Madrid”inin futbolçusu Kriştianu Ronaldu komandanın baş məşqçisi Joze Mourinyonun müdafiəsinə qalxıb. Lent.az-ın məlumatına görə, portuqaliyalı hücumçu Mourinyonun komandada qalacağını açıqlayıb.

 

28 yaşlı oyunçunun fikrincə, bu, azarkeşlər üçün yaxşı xəbərdir: “Baş məşqçimiz bacardığı hər şeyi edir. Əlbəttə, bəzi insanlar son oyunlarımıza sevinmirlər. Amma biz onlardan tənqid yox, dəstək gözləyirik”.

 

Ronaldu hələ qarşıda çox oyunlarının qaldığını, İspaniya çempionatında olmasa da, Çempionlar Liqası və İspaniya Kubokunda birincilik uğrunda mübarizə aparacaqlarını açıqlayıb.

 

Qeyd edək ki, İspaniya Kubokunun 1/8 final matçında “Real Madrid” “Selta”nı 4:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. Oyundan öncə Joze Mourinyonu “kral klubu”nun azarkeşləri fitə basıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063
avatar

Oxşar yazılar