Niger, Mali və Burkina-Faso konfederasiyada birləşib.
Lent.az-ın "France-Press" agentliyinə istinadən verdiyi xəbərə görə, üç ölkədəki hərbi hökumətlər dünən axşam Sahara Dövlətləri Alyansı Konfederasiyasının yaradılması barədə müqavilə imzalayıb.
Bu üç ölkədə hərbçilər çevriliş nəticəsində hakimiyyətə gəlib və hələ mayın 18-də Nigerin paytaxtı Niamedə Sahara Dövlətləri Alyansı Konfederasiyasının formalaşdırılması barədə qərar veriblər.
Sənəddə qeyd olunur ki, bu dövlətlər vahid investisiya bankı və stabilləşdirmə fondu yaradacaq, diplomatik səylərini koordinasiya edəcək, kənd təsərrüfatı, emal sənayesi və energetika sahələrində birgə layihələr üçün resurslarını birləşdirəcəklər.