Ukrayna Rusiyada silah anbarına zərbə endirib, əhali evakuasiya olunur -VİDEO
07 iyul 2024 14:02 (UTC +04:00)

Ukrayna Rusiyada silah anbarına zərbə endirib, əhali evakuasiya olunur -VİDEO

Ötən gecə Ukrayna Ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Voronej vilayətində silah anbarına zərbə endirib.

Lent.az-ın xəbərinə görə, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev “Telegram”-da paylaşım edib.

Podqorensk rayonunda yerləşən silah anbarında partlayışlar başlayıb və partlayışlar hələ də davam edir. Qəsəbədə fövqəladə vəziyyət elan olunub, yollar bağlanıb, əhalinin avtobuslarla müvəqqəti sığınacaqlara daşınmasına hazırlıq aparılır.

Qeyd edilib ki, partlayışlar nəticəsində artıq evlərdən biri yanıb.

Rusiyada silah anbarı yanır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150
avatar

Oxşar yazılar