İldırım 19 nəfəri öldürdü
07 iyul 2024 23:49 (UTC +04:00)

İldırım 19 nəfəri öldürdü

Hindistanın Bihar əyalətində güclü yağış və şimşək çaxması ilə müşayiət olunan tufan 10 bölgəyə təsir edib.

Lent.az xəbər verir ki, güclü yağışlar zamanı tarlada işləyən və ya ağacların altında gizlənən 19 nəfər ildırım vurmasından ölüb, 7 nəfər isə yaralıdır.

Hindistan Meteorologiya Departamenti yaxın 24 saat ərzində Biharın şimal, cənub-şərq və cənub-mərkəzi hissələrində ildırım və şimşək çaxması ilə müşayiət olunan güclü yağışa görə sarı xəbərdarlıq edib.

Hər il musson mövsümünün başlaması ilə Hindistanda yüzlərlə insan ildırım vurması nəticəsində ölür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3108
avatar

Oxşar yazılar