Neymar Cənubi Amerikanın ən yaxşısı seçildi
10 yanvar 2013 14:34 (UTC +04:00)

Neymar Cənubi Amerikanın ən yaxşısı seçildi

Braziliya milli komandasının və “Santos” klubunun hücumçusu Neymar Cənubi Amerikanın ən yaxşı futbolçusu sayılıb. Lent.az-ın məlumatına görə, 20 yaşlı oyunçu Uruqvayın nüfuzlu “El Pais” qəzetinin qitənin idman jurnalistləri arasında apardığı sorğu nəticəsində qalib olub.

 

Neymara mükafat Montevideoda keçirilmiş xüsusi mərasimdə təqdim edilib.

 

Qeyd edək ki, ötən ilin sonunda bu futbolçuya “Gözəl oyununa görə” mükafatı da verilib. Bu mükafatı braziliyalı futbolçulardan sonuncu dəfə Pele qazanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574
avatar

Oxşar yazılar