Mais Mənsimov: “Döyülən də “Xəzər Lənkəran”, cəzalanan da?” - EKSKLÜZİV
31 may 2013 13:31 (UTC +04:00)

Mais Mənsimov: “Döyülən də “Xəzər Lənkəran”, cəzalanan da?” - EKSKLÜZİV

“AFFA İntizam Komitəsinin “Xəzər Lənkəran”a kəsdiyi cəzalar bizi qane edə bilməz”. Bunu Lent.az-a eksklüziv açıqlamasında klubun prezidenti Mais Mənsimov deyib.

O, “Neftçi” ilə Azərbaycan Kubokunun final oyunundan sonra baş verənlərdə Lənkəran komandasının futbolçuları Radomir Todorov və Elnur Allahverdiyevin də günahkar sayılmasına etiraz edib: “Döyülən də bizim futbolçulardır, cəzalananlar da. Axı bu, necə ola bilər?”

Mənsimov İntizam Komitəsinin qərarından apellyasiya verəcəklərini də bəyan edib.

Qeyd edək ki, Radomir Todorov və Elnur Allahverdiyevin 6 oyunluq diskvalifikasiyaya məruz qalmalarına dava-dalaşda iştirakları səbəb göstərilib. Hər iki oyunçuya 3000 manat cərimə də kəsilib. Final matçından sonrakı kütləvi toqquşma zamanı Todorov və “Xəzər Lənkəran”ın digər oyunçusu Kamran Abdullazadəni “Neftçi”nin idman direktoru Güloğlan Cabbarov vurub. Allahverdiyevə isə rəqib oyunçu Mahir Şükürov təpik atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1287
avatar

Oxşar yazılar