Topaz Premyer Liqasının 15-ci turunda “Sumqayıt” – “Neftçi” matçında qalmaqal baş verib. Lent.az-ın məlumatına görə, meydan sahibləri baş hakim Fariz Yusifovun idarəçiliyindən narazılıqlarını bildiriblər. Oyunun sonlarında Sumqayıt klubunun kapitanı Samir Abbasov topun “Neftçi”nin futbolçusunun əlinə dəydiyi epizodda Yusifovun penalti təyin etməməsinə etirazını bildirib.
Baş hakim isə ona birbaşa qırmızı vərəqə göstərib.
Oyundan sonra isə Sumqayıt klubunun Prezidenti Kamran Quliyev Peşəkar Futbol Liqasının (PFL) Prezidenti Ramin Musayevə zəng edərək, Yusifovun idarəçiliyindən narazılığını onun diqqətinə çatdırıb. O, "Ramin müəllim, belə hakimlik olmaz. Komandamı çempionatdan çıxarıram" deyib.
Daha sonra isə klub prezidenti üzünü jurnalistlərə tutub: “Belə də yazın: Bu idarəçilik Azərbaycan futbolunun adına ləkədir, PFL-in adına ləkədir, AFFA Hakimlər Komitəsinin adına ləkədir!”.
Qeyd edək ki, oyun “Neftçi”nin qələbəsi ilə yekunlaşıb - 2:1.

Klub prezidenti Ramin Musayevə səsləndi: “Komandamı çempionatdan çıxarıram” - ETİRAZ
Oxşar yazılar

Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39