Bu gün Türkiyə çempionatında I divizionunda növbəti mövsüm başlayır. Apasport.az saytının məlumatına görə, PTT I Liqada 2013/14 mövsümü azərbaycanlı futbolsevərlərin daha çox diqqət mərkəzində olacaq.
Belə ki, ötən mövsümdən fərqli bu dəfə həmin çempionatda daha çox oyunçularımız top qovacaq. Müqayisə üçün deyək ki, 2012/13 mövsümündə ümumilikdə 3 futbolçumuz çıxış etmişdisə, indi say 7 nəfərdir.
Çempionatın start oyunu milliləşdirilən legionerlərimiz - qapıçı Andrey Popoviçlə müdafiəçi Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor”un “Balıkəsirspor”la səfər matçı olacaq. O, Bakı vaxtilə saat 18:00-da başlayacaq.
Qapıçı Davud Kəriminin formasını geydiyi “Fəthiyəspor” sabah həmin saatda “1461 Trabzon”un qonağı olacaq. Müdafiəçi Saşa Yunisoğlu ilə yarımmüdafiəçi Arif İsayevin oynadığı “Dənizlispor”la hücumçu Fərid Quliyevin keçdiyi “Kahramanmaraşspor” sabah Bakı vaxtilə saat 22:00-da müvafiq olaraq “Qaziantepspor Böyükşəhir Bələdiyyəspor”la “Bucaspor”un qonağı olacaq.
Nəhayət, tura avqustun 19-da hücumçu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” Bakı vaxtilə saat 22:00-da “Adanaspor”la səfər matçına çıxacaq. Göründüyü, futbolçularımızın hamısı ilk turda səfərdə oynayacaq.
Qeyd edək ki, ötən mövsümdən yalnız qışda “Dənizlispor”a keçən İsayev qalıb. Keçən 1 il bu komandada keçirən müdafiəçi Rail Məlikov vətənə dönərək, artıq “Qəbələ”nin futbolçusudur. Cavid Hüseynov isə hələ qışda “Adana Dəmirspor”dan ayrılaraq “Bakı”ya keçdi.

Gözlər Türkiyədə: 7 futbolçumuz başlayır
Oxşar yazılar

“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56