Georgi Lomaya: 35 dəqiqə qaldı
24 dekabr 2012 11:08 (UTC +04:00)

Georgi Lomaya: 35 dəqiqə qaldı

Bakının “İnter” futbol komandasının qapıçısı Georgi Lomaya klub tarixinin yeni rekordunu müəyyənləşdirib. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqasının XVIII turunun “Bakı” ilə qarşılaşmasında da qapısından qol buraxmayan qolkiper ardıcıl 6-cı “quru” oyununu keçirməklə buna nail olub.

 

İndiyədək “İnter”in tarixində belə seriya qeydə alınmayıb. Gürcüstanlı qapıçı sonuncu dəfə XI turun “Kəpəz”lə matçında qol buraxıb. Bu il oktyabrın 30-da “Şəfa”dakı matçın 5-ci dəqiqəsində Elxan Əzizovun zərbəsi qarşısında aciz qalan Lomaya sonrakı 6 görüşdə qol buraxmayıb. Həmin qarşılaşmanın digər 85 dəqiqəsi, həmçinin “Sumqayıt”, “Turan”, “Rəvan”, AZAL və indi “Bakı” ilə matçın hərəsinin 90 dəqiqəsini Georginin qapısına yol tapan olmayıb.

Bununla da Lomaya 2 rekordu yeniləyib. O, özünə məxsus olan mövsümün quru seriyasını 625-ə çatdırıb. Bu, həm də “İnter”in tarixində görünməmiş nəticədir. Hər 2 rekord 561 dəqiqəyə bərabər olub və məhz oktyabrın 30-da Elxan Əzizov tərəfindən qırılıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) qeydə aldığı dünyanın ən uzun quru seriyalarının sırasına düşmək üçün Lomayaya 35 dəqiqə çatmır. Azərbaycan klublarının qapıçılarına məxsus 16 göstəricinin də yer aldığı İFFHS-in siyahısına düşmək üçün hər qolkiperə 660 dəqiqə lazımdır. Georgi bunu artıq dekabrın 25-də gerçəkləşdirə bilər. Həmin gün VII turdan təxirə salınan qarşılaşmada “İnter” – “Neftçi”ni qəbul edəcək. Son 2 mövsümün çempionu ilə qarşılaşmanın ilk 35 dəqiqəsində qol buraxmaması Lomayanın həmin siyahıya düşməsinə kömək edəcək.

Qeyd edək ki, bu müddətdə “İnter”in qol buraxdığı “Simurq”la görüşdə Georgi Lomaya oynamayıb, qapıda Revaz Tevdoradze dayanıb.

# 676
avatar

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56