
FİFA İbrahimoviçə dünya çempionatında qadağa qoyur
“Los Anceles Qalaksi”nin yeni transferi Zlatan İbrahimoviç dünya çempionatına buraxılmaya bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb isveçli forvardın bukmeker kontorlarından biri ilə əməkdaşlıq etməsidi.
Belə ki, yenidən yığmaya qayıdacağını və mundiala yollanacağını istisna etməyən 36 yaşlı forvardın bukmeker kontoru ilə müqaviləsi FİFA-nı narahat edir. Ali futbol qurumu məhz bu səbəbdən ona dünyanın ən böyük turnirində iştirak qadağası qoymağa hazırlaşır.
Qeyd edək ki, Zlatan İbrahimoviç AÇ-2016-dan sonra milli karyerasını başa vurduğunu açıqlamış, lakin sonradan dünya çempionatına yollanmaq arzusunda olduğunu gizlətməmişdi
Oxşar yazılar

“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50