Əli Həsənov: “Azərbaycan idman salnaməsinə yeni nailiyyət yazacaq...”
21 dekabr 2012 19:07 (UTC +04:00)

Əli Həsənov: “Azərbaycan idman salnaməsinə yeni nailiyyət yazacaq...”

 

Lent.az-ın verdiyi məlumata görə, bunu Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri Əli Həsənov “İdman” qəzetinin 80 illik yubileyində çıxışı zamanı söyləyib.

 

Əli Həsənov bildirib ki, artıq Azərbaycan həqiqətən idman ölkəsinə çevrilib: “İdman ölkəsi sayılmaq üçün dövlət səviyyəsində idmana diqqət göstərilir. Dövlətimizin və şəxsən prezident İlham Əliyevin idmana münasibəti göz qabağındadır. Dünyada bayrağımızı qaldıranlar, ölkəmizi uğurla təmsil edənlər arasında idmançılarımız da var”.

 

Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri qeyd edib ki, Azərbaycan dövləti ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Olimpiya Oyunlarını ləyaqətlə keçirərək idman salnaməsinə yeni nailiyyət yazacaq. Əli Həsənov “İdman” qəzetinin yubileyini ölkəmiz üçün də əlamətdar bir hadisə sayıb.  O, qəzetin yubileyini təkcə idmansevərlərin deyil, idman mediasının da bayramı adlandırıb.

 

 

 

 

# 685
avatar

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56