Dünya çempionatı zamanı “xidmət göstərəcək” fahişələrə... ingilis dili öyrədilir
10 yanvar 2013 17:50 (UTC +04:00)

Dünya çempionatı zamanı “xidmət göstərəcək” fahişələrə... ingilis dili öyrədilir

Futbol üzrə 2014-cü il dünya çempionatının keçiriləcəyi Braziliyada bütün sahələrdə hazırlıq işlərinin sürəti artıb. Lent.az-ın məlumatına görə, təşkilatçılar əxlaqsız qadınlar üçün pulsuz ingilis dili kursları keçirməyə də qərar veriblər.

 

Məqsəd onların müştərilərinə daha yaxşı xidmət göstərmələrini təmin etməkdir. Artıq Belu Orizonte şəhərində “Əxlaqsız qadınlar dərnəyi” açılıb. Kursa 4 min qadın üzv olub. Onlar qruplara bölünərək təlimatlandırılacaqlar. İlkin olaraq, 300 üzvə dərs keçiləcək. Dərnəyin rəhbəri Sida Vieyra könüllü ingilis müəllimləri axtardıqlarını bildirib. Vieyra üzvlərə fransızca və italyanca da dərs verməyə çalışacaqlarını açıqlayıb. Onun fikrincə, əsas məsələ təlimatlandırılmış qadınların müştərilərə seksin məbləğini və bunun qarşılığında verəcəkləri xidməti anlatmalarıdır.

 

Qeyd edək ki, dünya çempionatı 2014-cü il iyunun 12-dən iyulun 13-dək davam edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2693
avatar

Oxşar yazılar