Çimərlik futbolu rəsmən Avropa Oyunlarında!
31 may 2013 12:29 (UTC +04:00)

Çimərlik futbolu rəsmən Avropa Oyunlarında!

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramında çimərlik futbolunun da yer alacağı rəsmiləşib. Lent.az-ın məlumatına görə, Mavrikidə FIFA-nın 63-cü Konqresində iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədovla FIFA Çimərlik Futbol Komitəsinin üzvü və BSWW (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Joan Cusco arasındakı görüşdə bu barədə razılıq əldə olunub.

 

Görüşdə əsas müzakirə mövzusu komandaların sayı, yarışın formatı, təsnifat mərhələsi və digər məsələlər olub. Sadalanan məsələlərin həlli ilə bağlı başqa görüşlərin keçirilməsi qərara alınıb. Beləliklə, Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışların keçirilməsi FIFA tərəfindən təsdiqlənib.

 

Qeyd edək ki, 2008-ci ildə çimərlik futbolu üzrə Avropa Kuboku oyunları Bakıda təşkil olunub. İlk Avropa Oyunları isə 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar