Bakıda “Qalatasaray” mağazası açıldı
13 dekabr 2012 18:54 (UTC +04:00)

Bakıda “Qalatasaray” mağazası açıldı

Bakıda Türkiyənin “Qalatasaray” klubunun mağazası açılıb. Lent.az-ın məlumatına görə, tədbirə “Qalatasaray” idman klubunu icraiyyə komitəsinin üzvü Abdurrahim Albayrakla yanaşı, sərbəst güləş üzrə olimpiya çempionumuz Toğrul Əsgərov da qatılıb.


Çöldə güclü yağış yağdığından, Albayrak qırmızı lenti çöldən içəri yox, içəridən çölə kəsib. 100-dən çox azarkeş isə yağışın altında “Qalatasaray” lehinə müxtəlif şüarlar səsləndirdilər. Açılışdan sonra mağaza ilə yaxından tanış olan klub rəsmisi “sarı-qırmızılar”a məxsus geyim əşyalarının “GSStore”də bol-bol satılacağına inam ifadə etdi: “Hava yağmurludur, açılış mərasiminə bu qədər insanın gələcəyini təxmin etmirdim. Bu mağazamızın həm Azərbaycana, həm “Qalatasaray”a xeyirli və uğurlu olmasını arzulayıram. Bakıya gələrkən, fəxri prezidentimiz öz adından və klubumuzun digər rəsmiləri adından salamlarını çatdırmağımı xahiş etdi. Baş məşqçimiz Fatih Terimin və futbolçularımızın hamınıza salamları var. İnşallah, bu mağaza “Qalatasaray”ın ən çox mal satan mağazası olar. Azərbaycandakı qardaşlarımıza güvənirəm. Artıq bu mağazanı hər gün doldurub boşaltmağınız lazımdır. Əsla saxta mallara yönəlməyin. Məhsullarımıza rəğbət göstərin. Cəsarətindən dolayı mağaza sahibi Orxan bəyə də təşəkkür edirəm. Bu mağazadan daha bir neçəsinin açılmasını arzulayıram. Hamınıza sonsuz təşəkkür edirəm”.

Qeyd edək ki, mağaza Azadlıq prospektində yerləşir.
 

# 953
avatar

Oxşar yazılar