AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XV turunda baş vermiş hüquq pozuntularına dair qərarlarını açıqlayıb. Lent.az-ın məlumatına görə, komitə “Sumqayıt”ın kapitanı Samir Abasovun 4 oyunluq cəzalandırılması barədə qərar çıxarıb.
S. Abasov “Neftçi” ilə matçın 90-cı dəqiqəsində baş hakim Fariz Yusifovu təhqir etdiyi üçün qırımızı vərəqə alıb. O, təkcə 2013-cü ildə deyil, 2014-cü ilin ilk turunda da meydana çıxmayacaq. “Sumqayıt” isə kapitanının hərəkəti üzündən 4000 manat ziyana düşüb. Kluba daha 1000 manat cərimə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən kəsilib.
Amma İntizam Komitəsi hakimlərin işinə AFFA İntizam Komitəsində baxılması barədə qərar çıxarmayıb. Halbuki “Sumqayıt”ın 1:2 hesabı ilə uduzduğu matçda meydan sahiblərinin qolu əllə vurulub və qonaqların qapısına penalti təyin edilməyib.

Azərbaycan klubunun kapitanına ŞOK cəza
Oxşar yazılar

Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39