Azərbaycan klublarının Antalyaya axını başladı
10 yanvar 2013 10:15 (UTC +04:00)

Azərbaycan klublarının Antalyaya axını başladı

Azərbaycan futbol klublarının qış hazırlığını keçəcəyi Türkiyənin Antalya şəhərinə axını başlanıb. Lent.az-ın məlumatına görə, hamıdan əvvəl qardaş ölkəyə Ağdamın “Qarabağ” komandası yollanıb.

 

Yanvarın 9-da səfərə yollanan “Qarabağ”a legionerlər Miro Varvodiç, Ansi Aqolli, Admir Teli və Muarem Muarem İstanbulda qoşulublar. Oradan isə komanda tam tərkibdə Antalyaya uçaraq, təlim-məşq toplanışı müddətində qərarlaşacağı “İC Santai” otelinə çatıb.

 
“Qarabağ” yeni ildə ilk məşqinə yanvarın 10-da yerli vaxtla saat 11:00-da çıxacaq. Günün ikinci çalışması isə 19:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500
avatar

Oxşar yazılar