“Azərbaycanda heç vaxt yeni olimpiya kompleksinin açılıb təmirə bağlanma halı olmayıb”. Lent.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O, jurnalistlərə Olimpiya Komplekslərinə birgə səfər təklif edib: “Gəlin, yığışaq, təzə komplekslərə səfər edək. Bəzi olimpiya komplekslərində həqiqətən də problem var idi. Məsələn, Göyçay Olimpiya Kompleksinin tikildiyi ərazi əvvəllər zibillik idi. Zibilin üstündə nə qədər iş gördük ki, kompleks tikək”.
Nazir komplekslərin təmirə bağlanması yox, həmin qurğularda cari təmirin aparılma hallarının olduğunu bildirib: “Biz kompleksləri büdcədən əlavə vəsait götürmədən öz daxili imkanlarımız hesabına təmir etdirdik. Belə problemlər bütün dünyada olur. Çalışırıq ki, olmasın. Amma kompleksləri 40-dan artıq tikinti təşkilatı tikir. Birində təcrübə, digərində məsuliyyət daha çox olur. Heç bir kompleksdən istifadə edə bilmədiyimizi demək olmaz. Qaxdakı kompleks bir həftədir ki, açılıb. Hər cür şəraiti olsa da, müdir yoxdur. 2-3 nəfərin namizədliyini təklif etmişdilər. Almaniyanın energetika şirkəti 2 kottec götürüb, Kürdəmir olimpiya kompleksini onun sayəsində saxlayırıq. Mingəçevir Olimpiya Mərkəzi Rusiyanın avarçəkmə yığmalarının təlim-məşq toplantısı keçirməsi hesabına dolanır. Komplekslərimizdə acınacaqlı, qorxulu problem yoxdur”.

Azad Rəhimovdan jurnalistlərə təklif
Oxşar yazılar

Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26
Yannik Sinner ilk dəfə Uimbldon çempionu oldu
13 iyul 2025 , 23:21
“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04