Arda “Atletiko” ilə müqaviləsini uzatdı
19 sentyabr 2013 16:01 (UTC +04:00)

Arda “Atletiko” ilə müqaviləsini uzatdı

Türkiyə milli komandasının futbolçusu Arda Turan İspaniya “Atletiko”su ilə yeni müqavilə bağlayıb. Lent.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi 2015-ci ilədək nəzərdə tutulan əvvəlki anlaşmasını 2017-ci il iyunun 30-dək uzadıb.

 

İspanca bilmədiyi üçün mətbuat konfransı keçirməyən Arda klubun rəsmi saytına danışıb. O, “Atletiko” ilə müqaviləsini yeniləməkdən məmnunluq hiss keçirdiyini bildirib: “Burada 2 il çıxış etdikdən sonra özümü böyük ailənin bir hissəsi kimi hiss edirəm. Bunların hamısı komanda yoldaşlarımın sayəsində mümkün olub. Təkcə onlara deyil, bütün texniki heyətə minnətdaram”.

 

Qeyd edək ki, Arda Turan “Atletiko”ya 2011-2012-ci il mövsümündə keçib. O, son 2 mövsümdə Avropa Liqasını, UEFA Superkubokunu və İspaniya Kubokunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar