AFFA-dan gülünc qərar: Baş məşqçi istefadan sonra əfv olundu
28 dekabr 2012 18:22 (UTC +04:00)

AFFA-dan gülünc qərar: Baş məşqçi istefadan sonra əfv olundu

 

 

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin (AEK) iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda “Simurq” və “Rəvan” klublarının müraciətlərinə baxılıb.

 

Qərara alınıb ki, AFFA-nın İntizam Komitəsinin “Simurq”un qapıçısı David Petrjkeviç barədə  qərarı qismən dəyişdirilsin. Petrjkeviç intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində o, analoji hərəkətlərə yol verəcəyi təqdirdə, təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Xatırladaq ki, polşalı qolkiper Topaz Premyer Liqasının XVII turunda “Qəbələ” ilə oyundan sonra baş hakim Vüsal Əliyevi təhqir etməkdə günahlandırılaraq cəzalandırılmışdı. O, XVIII turda “Rəvan”la görüşü buraxıb. AEK-in qərarına əsasən, Petrjkeviç qış fasiləsindən sonrakı tura təsadüf edəcək AZAL - “Simurq” matçında da oynamayacaq. 

 

Daha bir qərar hazırda “Rəvan”ın sükanı arxasında olmayan Kemal Alispahiç barədədir. Alispahiç XVI turda “Neftçi” ilə oyundan sonra hakimin idarəçiliyi haqqında “qeyri-etik ifadələr işlətməsi səbəbindən” cəzalandırılmışdı. AEK isə İntizam Komitəsinin bu qərarını ləğv edib. Alispahiç XVIII turda “Simurq”la görüşdə legioner limitinə əməl etməməsi və komandanın uğursuz çıxışı ilə əlaqədar istefaya göndərilib.

# 772
avatar

Oxşar yazılar