“Qalatasaray”da baş məşqçi Fatih Terimlə yolların ayırmasına “sarı-qırmızılılar”ın futbolçusu Felipe Melo da öz reaksiyasını bildirib. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi “Instagragm”dakı şəxsi hesabında bu məsələ ilə bağlı fikirlərini açıqlayıb.
Melo ömrüboyu Terimə minnətdar olacağını deyib: “Bu cümlələri hörmətli baş məşqçim Fatih Terimlə bərabər keçirdiyimiz unudulmaz iki ilə görə, təşəkkür etmək üçün yazıram. O, mənə “Qalatasaray”ın qapılarını açdı və həmişə mənə dəstək oldu. Hasan Şaş və Ümit Davala ilə birlikdə bizim komanda olaraq böyüməmizi təmin etdi.Onun tükənməz futbol bilgisindən çox şey öyrəndik. Xatirələr, qazanılan çempionluqlar, Superkuboklar və Çempionlar Liqasındakı keçən mövsüm əldə etdiyimiz nailiyyətlər heç vaxt yadımdan çıxmayacaq. Onu da qeyd edim ki, şanlı formamıza dördüncü ulduzu taxmaq üçün var gücümüzlə çalışacağımızdan heç kimin şübhəsi olmasın. Bunu Fatih Terim üçün edəcəyik. Sizə həmişə minnətdar olacağam, cənab Terim”.

"Sənə həmişə minnətdar olacağam,cənab Terim"
Oxşar yazılar

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39