(R) "Napoli" yenə "yandıracaqmı"?
19 dekabr 2012 15:21 (UTC +04:00)

(R) "Napoli" yenə "yandıracaqmı"?


www.etopaz.az-ın bugünkü proqramında proqnozsevərlərə 28 oyun təqdim olunur. Onlardan 6-sı Cənubi Afrika Respublikasında keçiriləcək çempionat matçları, qalanları isə Avropanın bir neçə ölkəsində oynanılacaq kubok qarşılaşmalarıdır.

 

3 görüşə www.etopaz.az müştəriləri tək mərc edə bilər. Onlardan İtaliya Kubokunun 1/8 final mərhələsinin "Udineze" - "Fiorentina" matçı həm də canlı mərcə açıq olacaq. Saat 20:30-da başlanacaq bu dueldə şanslar təxminən bərabər qiymətləndirilir: "Udineze"nin qələbəsi 2.40, heç-heçə 3.25, "Fiorentina"nın zəfəri 2.35. Canlı mərcdə isə təbii ki, oyunun gedişindən asılı olaraq əmsallar dəyişəcək. İtaliya Kubokunda qalib bir görüşə əsasən müəyyənləşdiyindən, azarkeşləri maraqlı mübarizə gözlədiyini demək olar.

 

Bu qarşılaşmanın başa  çatmasından az sonra (təbii ki, əgər əlavə vaxta ehtiyac olmazsa) günün digər "tək oyun"u başlayacaq. Saat 22:30-da başlanacaq matçda 3 gün əvvəl derbidə "Qalatasaray"a uduzan "Fənərbağça" öz meydanında "Sivasspor"la qarşılşacaq. Türkiyə Kubokunda artıq qrup mərhələsinə start verilib və bu görüş hər iki komandanın qrupda ilk oyunudur. www.etopaz.az-ın bu qarşılaşma üçün əmsalları belədir: "Fənər"in qələbəsi 1.45, heç-heçə 3.60, "Sivasspor"un zəfəri 5.50.

 

Proqramdakı sonuncu "tək oyun" isə gecə 12-də başlayacaq. Söhbət İtaliya Kubokunun "Napoli" - "Bolonya" görüşündən gedir. 3 gün əvvəl bu komandalar A seriyasında üz-üzə gəlmiş və uğurlu mövsüm keçirən "Napoli" öz meydanında gözlənilmədən uduzaraq bir çox proqnozları alt-üst etmışdi. Görək, tərəflərin axşamkı duelində bizi hansı sürpriz gözləyir? Hər halda, 3 gün əvvəlki oyunda olduğu kimi bu görüşün də favoriti "Napoli"dir (qələbə əmsalı 1.25). "Bolonya" yenə sürpriz edərsə, ona inananlara 7.3 dəfə artıq qazandıracaq. Heç-heçənin əmsalı isə 4.30-dur.

# 600
avatar

Oxşar yazılar

Dünyanın  ən yaxşı   20 futbol məşqçisi -  SİYAHI

Dünyanın ən yaxşı 20 futbol məşqçisi - SİYAHI

7 may 2024 , 11:58
"Mançeser Yunayted"dən antirekord

"Mançeser Yunayted"dən antirekord

7 may 2024 , 05:51
Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı -FOTO -VİDEO

Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı-FOTO-VİDEO

7 may 2024 , 02:19
"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12