"Qarabağ" irlandiyalı hücumçu ilə maraqlanır
04 iyun 2017 17:49 (UTC +04:00)

"Qarabağ" irlandiyalı hücumçu ilə maraqlanır

Şimali İrlandiya millisinin hücumçusu Kayl Lafferti karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu iddia ilə “Belfast Teleqraf” nəşri çıxış edib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da millimizlə qarşılaşacaq britaniyalıların oyunçusu hazırda azad agent statusundadı. Nəşrin xəbərinə görə, bu amil Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyi qarşısına məqsəd qoyan ağdamlıları həvəsləndirən əsas nüanslardan biridir.

 

Xəbərdə Azərbaycan çempionunun Laffertini milli matçda xüsusi izləyəcəyi və buna görə qərar verəcəyi qeyd edilib.

 

Bir müddət əvvəl oyunçuya Azərbaycan və Qazaxıstandan təklif olduğu deyilsə də, konkret klubun adı açıqlanmamışdı.

 

Qeyd edək ki, karyerası ərzində “Qlazqo Reyncers”, “Sion”, “Palermo”, “Norviç” kimi klublarda çıxış etmiş 29 yaşlı hücumçu son iki mövsümü uyğun olaraq icarə əsasında “Çaykur Rizəspor” və “Birmingem”də keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266

Oxşar yazılar