
"Qarabağ” – “Kəpəz” oyunundakı qolun müəllifi dəyişdirilib
Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” matçının protokolunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran qolun müəllifi dəyişdirilib.
Bu, oyunun baş hakimi Orxan Məmmədovun raportuna əsasən gerçəkləşib. Referinin təqdim etdiyi sənəddə göstərilib ki, qolu Riçard Almeyda deyil, Mahir Mədətov vurub. Müvafiq düzəliş matçın protokoluna da edilib.
Qeyd edək ki, Dani Kintananın qapı önünə ötürməsindən sonra topa məhz Mahir toxunsa da, matçdan sonra protokolda qolun braziliyalı tərəfindən vurulduğu qeyd olunmuşdu.
Oxşar yazılar

Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20