Avro-2016-nın seçmə mərhələsində Latviya ilə heç-heçə (1:1) oynayan Türkiyə yığmasının baş məşqçisi Fatih Terim açıqlama verib. Lent.az-ın məlumatına görə, komandasının son oyununu şərh edən “İmperator” ləqəbli çalışdırıcı məsuliyyəti öz üzərinə götürüb: “Təbii ki, heç-heçə məni qane edə bilməz. Qələbə qazanmalıydıq. Futbolçularım əllərindən gələni etdilər. Günahkar mənəm. Çünki heyəti mən qururam. Əgər qələbə qazana bilməmişiksə, deməli, bütün məsuliyyəti öz üzərimə götürməliyəm. Son 2 oyunda 6 xal toplamalıydıq. Di gəl ki, cəmi 1 xal qazana bildik. Bu durum məni də narahat edir”.

Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23