![[b]Messi toyuna 700 qonaq çağırdı[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Messi toyuna 700 qonaq çağırdı[/b]
Argentina millisinin və “Barselona”nın ulduzu Lionel Messi toya hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı futbolçu iyunun 30-da nişanlısı Antonella Rokkuzzo ilə ailə həyatı quracaq.
Rosario şəhərində baş tutacaq toy mərasiminə 700 qonaq dəvətlidi. Messi “Barselona”dakı komanda yoldaşlarının hamısını, eləcə də əsas komandanın bütün işçilərini toya dəvət edib. Bəzi futbolçular müxtəlif səbəblərdən mərasimdə iştirak edə bilməyəcəklər.
Diqqətçəkən məqam futbolçunun “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike və onun köməkçilərinə, eləcə də klubun idarə heyətində yer alan rəsmilərə dəvət göndərməməsidi.
Cütlük toydan yığılacaq məbləğin Messinin Argentinadakı yardım fonduna yatırılmasına qərar verib. Həmin pul vəqfin yardım etdiyi kimsəsizlərə bağışlanacaq.
Qeyd edək ki, cütlüyün 2 oğlu var.
Oxşar yazılar

“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26
Yannik Sinner ilk dəfə Uimbldon çempionu oldu
13 iyul 2025 , 23:21
“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54