“Yuventus” “Milan”ı kuboksuz qoydu
10 yanvar 2013 10:16 (UTC +04:00)

“Yuventus” “Milan”ı kuboksuz qoydu

Futbol üzrə İtaliya Kubokunda ilk yarımfinal cütü müəyyənləşib. Lent.az-ın məlumatına görə, ¼ finalda “Yuventus” “Milan”ı əlavə vaxtda 2:1 hesabı ilə yenərək, “Latsio”ya rəqib olub.

 

Hərçənd, hesabı 6-cı dəqiqədə “Milan”ın hücumçusu Stefan Əl-Şaravi açıb. Bundan 6 dəqiqə sonra Covinko bərabərliyi təmin edə bilib. Əsas vaxt 1:1 hesablı heç-heçə ilə nəticələnib. Əlavə vaxtda Mirko Vuçiniç “Yuventus”un qələbə topunu vurub.

 

Yarımfinala digər vəsiqələrin sahibləri yanvarın 16-da “İnter” – “Bolonya”, yanvarın 17-də isə “Fiorentina” – “Roma” matçlarının nəticələrinə əsasən müəyyənləşəcək. Növbəti mərhələnin qarşılaşmaları yanvarın 23-də və 30-da olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar