
“Real”dan getsəm, dəli olaram”
“Real”ın hücumçusu Alvaro Morata komandanı tərk edəcəyi ilə bağlı yayılan söz-söhbətlərə son qoyub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “kral klubu”nu tərk etmək fikrində deyil.
Moratanın adı son vaxtlar daha çox “Milan”la hallanmasına baxmayaraq, o, “rossonyerlər”ə keçməyi düşünmədiyini söyləyib: “Növbəti mövsüm komandanın aparıcı simalarından biri olmaq istəyirəm. Çünki gələn il dünya çempionatı keçiriləcək. Əsas heyət uğrunda mübarizə aparmaq fikrindəyəm. “Real”dan getsəm, dəli olaram. A seriyasında oynamaq təcrübəm olmasına baxmayaraq, İtaliyaya dönüşüm çətin baş tutsun. “Real”da qalmaq arzusundayam. İtaliyada isə mənim üçün yeganə klub “Yuventus”du”.
Qeyd edək ki, Morata “Milan”la yanaşı, “Çelsi”, PSJ və “Mançester Yunayted”in də maraq dairəsindədi.
Oxşar yazılar

“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26
Yannik Sinner ilk dəfə Uimbldon çempionu oldu
13 iyul 2025 , 23:21
“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54