“Qarabağ”ın hücumçusu “Simurq”da
10 yanvar 2013 15:18 (UTC +04:00)

“Qarabağ”ın hücumçusu “Simurq”da

Zaqatalanın “Simurq” klubu heyətinə yeni futbolçu qatıb. Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hücumçu Bəxtiyar Soltanovla müqavilə imzalanıb.

 

23 yaşlı hücumçu Ağdam “Qarabağ”ından mövsümün sonunadək icarəyə götürülüb. O, yeni komandası ilə birgə yanvarın 10-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yola düşüb.

 

Qeyd edək ki, Bəxtiyar Soltanov mövsümün ilk yarısını icarə əsasında Gəncə “Kəpəz”ində keçirib və 2 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797
avatar

Oxşar yazılar