“Qarabağ” - “Neftçi” matçının başlama saatı açıqlandı
03 dekabr 2013 18:13 (UTC +04:00)

“Qarabağ” - “Neftçi” matçının başlama saatı açıqlandı

“Qarabağ” - “Neftçi” matçının başlama saatı açıqlandı

 

Futbol üzrə Topaz Premyer Liqasında XVI turun proqramı açıqlanıb. Lent.az-n Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, oyunların hamısı dekabrın 8-ə təyin olunub.

 

Tura “Qəbələ” və “Sumurq” arasında Şimal-Qərb derbisi ilə start veriləcək. Mustafa Dənizlinin “Xəzər Lənkəran”ın baş məşqçi postunda Premyer Liqada debütü “Şəfa” stadionunda “İnter”ə qarşı olacaq. Tura isə “Qarabağ” və “Neftçi” arasındakı mərkəzi oyunla yekun vurulacaq.

 

14:00. “Qəbələ” – “Simurq” (Zaqatala)
Qəbələ şəhər stadionu

 

16:00. AZAL (Bakı) – “Rəvan” (Bakı)
Bakı, “AZAL  Arena”

 

17:00. “İnter” (Bakı) – “Xəzər Lənkəran”
Bakı, “Şəfa” stadionu

 

17:00. “Sumqayıt” – “Bakı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydan

 

18:00. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar