“Onların oyun satdıqlarını deyə bilmərəm”
21 dekabr 2012 16:57 (UTC +04:00)

“Onların oyun satdıqlarını deyə bilmərəm”

Tovuzun “Turan” klubunun 3 futbolçusu yerli və əcnəbi klubların maraq dairəsinə düşüb. Bu haqda Lent.az-a komandanın baş məşqçisi Əfqan Talıbov məlumat verib.

 

O bildirib ki, həmin oyunçular fransalı yarımmüdafiəçi Əndər Günlü, malili yarımmüdafiəçi Salif Ballo və azərbaycanlı hücumçu Fərid Quliyevdir. Lakin Talıbov klubların adlarını bilmədiyini deyib: “Bu barədə futbolçuların özləri danışıqlar apararaq, ortaq məxrəcə gəlsələr, həmin klublardan bizə rəsmi təklif ünvanlanacaq. Çünki hər üç oyunçu mövsümün sonunadək “Turan”a məxsusdur. Getmək istəsələr, mane olmayacağıq”.

 

 

Daha 6 oyunçu - İvan Qrabovaç, Antonio Rukavina, Nuqzar Kvirtiya, Aleksandr Kurtskeviç, Marius Kazlauskas və Ruslan Zubkov isə heyətdən kənarlaşdırılıblar. Baş məşqçi onların son oyunlar zəif təsir bağışlaması səbəbindən bu addımı atdıqlarını deyib: “Topaz Premyer Liqasının XV turunda “Kəpəz”i 5:1 hesabı ilə yendiyimiz oyundan sonra bəzi futbolçular narazılıqlarını bildirməyə başladılar. Onlar əmək haqlarının verilmədiyini bəhanə edərək, meydana çıxmaq istəmirdilər. Baxmayaraq ki, bir qədər səbirli olmalarını istəmiş və bütün maaşlarının ödəniləcəyini demişdik. Verdiyimiz sözə dekabrın 19-da “Qəbələ” ilə görüşdən öncə əməl etdik. Amma bu dəfə həmin futbolçular “Əhval-ruhiyyəmiz pozulub, istədiyimiz kimi oynaya bilmirik” söylədilər. Nəticədə oyun vaxtı imkanlarından xeyli aşağı səviyyədə çıxış etdilər. Deyə bilmərəm ki, onlar oyunu satmışdılar, ya yox. Hər halda komandamız məhz onların kobud səhvləri üzündən 0:2 hesabı ilə uduzdu. Demək olar ki, sol cinahımızda çıxış edənlər müqavimət göstərmədilər. Onlardan biri – Aleksandr Krutskeviçi vaxtında dəyişdim, Marius Kazlauskasda isə gecikdim”.

 

 

Heyəti xeyli oyunçunun tərk etməsinə baxmayaraq, qalan 4 turda “Turan” ilk “6-lıq” uğrunda mübarizədən çəkilməyəcək. Talıbov bildirib ki, dekabrın 25-də klubdaxili iclas keçiriləcək və komandanın qış hazırlıq planlarına və transfer hədəflərinə aydınlıq gələcək: “Biz yenə ilk “6-lıq” uğrunda mübarizə aparacağıq. Hələ ehtiyatda bir oyunumuz var və bizi 6-cı pillədən cəmi 4 xal ayırır. Daha çox yerli oyunçular almağa çalışacağıq. Legionerlərdən isə elələrini transfer edəcəyik ki, ehtiyatda qalmasınlar. Bu zaman kəmiyyətə yox, keyfiyyətə üstünlük verəcəyik”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında 18 turdan sonra “Turan” 20 xalla 9-cu pillədə qərarlaşıb. Amma Tovuz komandasının hələ ehtiyatda “Bakı” ilə oyunu var. Təsnifat mərhələsinin qalan 4 turu gələn il baş tutacaq.

   

# 690
avatar

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56