
“Neftçi” hücumçusu ilə vidalaşır
Heyətində “təmizləmə işləri” aparmaqda davam edən “Neftçi” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır. Bu barədə apasport.az saytına paytaxt təmsilçisinin baş meneceri Eldəniz Yusifov məlumat verib.
O bildirib ki, 31 yaşlı hücumçu Uqo Barqasın Boliviya klubu “Bluminq”ə keçidi həftə ərzində reallaşa bilər. Baş menecer fransalı forvardla danışıqların müsbət məcrada davam etdiyini söyləyib: “Barqasın bizimlə müqavilə müddəti davam edir. Bizə müraciət edib və öz tələblərimizi bildirmişik. Hadisələrin gedişi onu göstərir ki, çox güman tezliklə futbolçu ilə yollarımızı ayıracağıq”.
Barqasın da gedişi ilə dövrələrarası fasilədə “Neftçi”nin yola saldığı oyunçuların sayı 8-ə çatacaq. Buna qədər Pavel Dreksa, Rahil Məmmədov, Edson Kastilyo və Məqsəd İsayevlə sağollaşan “ağ-qaralar” Fəhmin Muradbəyli, Maksim Vaylo və Təyyar Məmmədovu isə icarəyə verib.
Bundan başqa, müdafiəçi Mateo Mujek və hücumçu Daniel Seqovia ilə müqaviləyə xitam verməyə çalışan “Neftçi”də Tərzin Cahangirovun taleyinə sabah aydınlıq gələ bilər. Çünki klub rəhbərliyi sabah yarımmüdafiəçi ilə görüş keçirəcək.
Qeyd edək ki, Uqo Barqas “Neftçi”nin heyətində keçirdiyi 30 oyunda 7 qola imza atıb.
Oxşar yazılar

“Bayer Leverkuzen” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31